İDMAN

17 İyul

Messi "Barselona"nın futbolçularını tənqid etdi

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi komanda yoldaşlarını tənqid edib.

Fins.az xəbər verir ki, 33 yaşlı hücumçu La Liqanın XXXVII turunda evdə "Osasuna"ya 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərə açıqlama verib. 

Argentinalı forvard azarkeşlərə sevinc bəxş edə bilmədiklərini söyləyib. Kapitan bu səbəbdən, fanatların səbrinin tükəndiyini bildirib: "Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparmaq istəyiriksə, düşüncəmizdə çox şey dəyişməlidir. İşlər bu şəkildə davam edəcəksə, "Napoli"yə uduzacağıq".

Qeyd edək ki, "Real Madrid" La Liqada 2019/2020 mövsümünün qalibi olub. "Barselona" avqustun 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında evdə İtaliya "Napoli"sini qəbul edəcək. Neapoldakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.