İdman

16 İyul

Yeniyetmələrin Yay Olimpiya Oyunları təxirə salındı

2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları təxirə salınıb. 

Fins.az xəbər verir ki, Seneqal və IOC yarışın 2026-cı ildə keçirilməsinə dair razılığa gəliblər. 

Seneqal prezidenti Maki Sallın təklifi, IOC prezidenti Tomas Bax tərəfindən müsbət qarşılanıb.