İdman

16 İyul

İspaniyalı futbolçu "Beşiktaş"ı tərk etdi

Türkiyənin "Beşiktaş" klubunda növbəti ayrılıq gerçəkləşib.

Fins.az xəbər verir ki, ispaniyalı futbolçu Viktor Ruis komandanı tərk edib.

31 yaşlı müdafiəçi İstanbul təmsilçisi ilə müqaviləsini birtərəfli şəkildə pozub. Klub rəhbərliyinin buna görə Türkiyə Futbol Federasiyasına müraciət edəcəyi bildirilib.

Qeyd edək ki, daha əvvəl almaniyalı qapıçı Loris Karius "Beşiktaş"la müqaviləsinə xitam verib.