İDMAN

15 İyul

Ronaldudan daha bir jest - FOTO

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu COVID-19-la mübarizə məqsədilə İtaliyaya yardıma gələn kubalı həkimlərə imzalı formalarını göndərib.

Fins.az xəbər verir ki, bu barədə Kubanın İtaliyadakı səfiri Xose Karlos Luis “Twitter”də məlumat paylaşıb.

Tibb işçiləri futbolçunun nömrəsi olan formaları məmnuniyyətlə qəbul ediblər.

Qeyd edək ki, iyulun 13-də bir qrup kubalı səhiyyə işçisi koronavirusla mübarizə məqsədilə italiyalı həmkarlarına köməyə gəliblər.