İdman

09 İyul

Avtomobillərin icbarı sığortasının ödənişləri kəskin dərəcədə AZALIB

Aprel-may aylarında ölkəmizdə tətbiq olunan karantin rejimi ilə əlaqədar avtomobillərdən istifadə hallarının minimuma enməsi digər aylara nisbətən avtonəqliyyat hadisələri üzrə edilən ödənişlərin miqadarının azalması ilə nəticələndi.

Bu səbədən 2020-ci ilin aprel ayında Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə edilən ödənişlərdə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23% azalma görmək mümkündür. May ayında da izolasiya tədbirlərinin davam etdirilməsi ay ərzində edilən ödənişlərin ötən il ilə müqayisədə 94% azalmasına səbəb oldu. Lakin buna əsasən demək olmaz ki, hazırki rəqəm il ərzində şirkətlər üçün 110% zərəli olan bir məhsul üçün müsbət göstəricidir.

Aprel və mayda həyata keçirilən məhdudlaşdırıcı tədbirlər AVSMMİS müqavilələrinin təzələnməməsi ilə nəticələndi. Beləliklə, 2020-ci ilin aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 43%-lik azalma baş verdi. Ümumən, cari ilin ilk 5 ayında isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18% azalma müşahidə edildi.