Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Jalə Məhsimova karyerasını Rusiyada davam etdirəcək.
Fins.az xəbər verir ki, J.Məhsimova Sankt-Peterburqun “Zenit” klubu ilə müqavilə imzalayıb.
Futbolçu daha əvvəl Rusiyada “Torpedo”, Azərbaycanda isə “Sumqayıt”, “Səbail” və “Uğur” klublarında çıxış edib.