İdman

09 İyul

“Neftçi” Rəhman Hacıyev ilə müqaviləni yeniləyib

Bakının “Neftçi” futbol klubu Rəhman Hacıyev ilə müqavilənin müddətini uzadıb.

Fins.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

R.Hacıyev gələn mövsümün sonunadək “Keşlə” klubuna icarəyə verilib.

Qeyd edək ki, futbolçu “Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.