İDMAN

07 İyul

“Real” Mbappeni pulsuz transfer etmək istəyir

Madridin “Real” futbol klubu PSJ-nin hücumçusu Kilian Mbappeni pulsuz əldə etmək istəyir.
 
Fins.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.
 
Fransalı ulduzun ispan klubuna azad agent statusunda keçməsi gözlənilir. 2022-ci ilin yayında “Real”a transfer olunacağı halda, futbolçuya imza üçün 100 milyon avro bonus veriləcək.
 
Xatırladaq ki, cari mövsümdə Mbappe 33 qarşılaşmada 30 qol vurub.