Futbol üzrə Xorvatiya yığmasının sabiq üzvü Mario Mandzukiç Qətərin “Əl-Duhail” klubundan ayrılıb.
Fins.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat yayıb. O, klubla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini bildirib.
Qeyd edək ki, Mandzukiç “Əl-Duhail”ə 2019-cu ilin dekabrında “Yuventus”dan transfer olunmuşdu. O, bu komandada 7 oyuna cəmi 1 qol vurub.