PSJ klubunun braziliyalı hücumçusu Neymar “Barselona”ya transfer olunmaq üçün Paris klubu ilə anlaşıb.
Fins.az xəbər verir ki, anlaşmaya görə, Kataloniya təmsilçisi bu yay "sambaçı"nı heyətinə qatmaq istəsə, PSJ onun keçidinə mane olmayacaq. PSJ isə Neymardan mövsümün sonuna qədər komandada qalmasını və UEFA Çempionlar Liqasında öhdəliklərini yerinə yetirib, ən yaxşı şəkildə çıxış etməsini istəyib.