İdman

11 İyun

“Yuventus” Paulo Dibala ilə yeni müqavilə bağlamağa yaxındır

İtaliyanın “Yuventus” futbol klubu hücumçusu Paulo Dibala ilə yeni müqavilə bağlamağa yaxındır.

Fins.az xəbər verir ki, 26 yaşlı argentinalı hücumçunun illik qazancı yeni müqaviləyə əsasən 12 milyon avro olacaq.

Hücumçunun “Yuventus”la hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayınadək qüvvədədir.

Qeyd edək ki, Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir. Hücumçu cari mövsümdə komandanın heyətində keçirdiyi 34 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib.