İDMAN

09 İyun

Həbib Nurməhəmmədov və Castin Getji arasında döyüşün vaxtı AÇIQLANDI

Mütləq Döyüş Çempionatının (UFC) çempionu rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Castin Getji arasında döyüş bu ilin sentyabrında keçiriləcək.

Fins.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə rusiyalı döyüşçünün meneceri Rizvan Maqomedov məlumat verib. O, qeyd edib ki, turnirlərin sayı hələ təsdiqlənmədiyi üçün döyüşün yeri və dəqiq tarixi məlum deyil.

Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji karyerası ərzində keçirdiyi 22 döyüşdə qalib gəlib, 2 qarşılaşmada məğlub olub. Otuz bir yaşlı H.Nurməhəmmədov isə qarışıq döyüş növlərində indiyədək keçirdiyi 28 döyüşün hamısında qələbə qazanıb.