İdman

09 İyun

“Ferrari” komandası bu il 1000-ci Qran-Pridə iştirak edəcək

Bu il “Ferrari” komandası üçün əlamətdar olacaq.

Fins.az xəbər verir ki, İtaliya təmsilçisi Formula 1 üzrə dünya çempionatlarında indiyədək 991 Qran-Pridə iştirak edib. Artıq Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb və komandanın bu yarışlarda iştirakı dəqiqləşib. Mininci – yubiley yarışın isə hansı ölkəyə təsadüf edəcəyi hələ müəyyənləşməyib.

“RaceFans” nəşrinin məlumatına görə, Formula 1 və “Ferrari” rəhbərliyi 1000-ci Qran-Prinin İtaliyadakı Mucello trasında sentyabrın 11-13-də keçirilməsi barədə danışıqlar aparır. Bir həftə sonra isə Montsada İtaliya Qran-Prisi təşkilini nəzərdə tutulub.

Mucella trası heç vaxt Formula 1 yarışlarını qəbul etməyib. Avtodrom ancaq test yarışlarına ev sahibliyi edib.