İspaniyanın “Real Madrid” futbol klubu müdafiəçisi Serxio Ramosla müqavilənin müddətini uzatmaq niyyətindədir.
Fins.az xəbər verir ki, Madrid təmsilçisi 34 yaşlı kapitana 2022-ci ilin yayınadək yəni müqavilə təklif edəcək. Bildirilib ki, hər iki tərəf əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Qeyd edək ki, Ramos 2005-ci ildən “Real Madrid”in şərəfini qoruyur. Onun klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.