Fransanın “Monako” klubu rəsmi “Twitter” səhifəsində qapıçısı Daniel Subaşiç ilə yollarını ayırdığını bildirib.
Fins.az xəbər verir ki, 35 yaşlı qapıçı müqavilə müddəti bitdiyindən azad agent statusu alıb.
Serbiyalı qolkiper 2012-ci ildən “Monako”nun şərəfini qoruyur. O, klubun heyətində 292 oyunda meydana çıxıb və 295 qol buraxıb. D.Subaşiç 2016-2017-ci il mövsümündə “Monako” ilə Fransa çempionu adı qazanıb.