İDMAN

03 İyun

42 yaşlı Buffon daha bir il “Yuventus”da

“Yuventus”un qapıçısı Canluici Buffon klubla yeni müqaviləni razılaşdırıb.

Fins.az xəbər verir ki, bu barədə “La Stampa” məlumat yayıb.

42 yaşlı qapıçının klubla daha bir mövsüm üçün müqavilə imzalayacağı bildirilir.

Xatırladaq ki, qapıçı 2001-ci ildən “Yuventus”un şərəfini qoruyur.

Bu illər ərzində canlı əfsanə yalnız 2018/2019-cu illər mövsümünü PSJ-də keçirib.