İdman

03 İyun

“Panatinaikos”un basketbolçusu “Barselona” ilə anlaşıb

Yunanıstanlı basketbolçu Nik Kalates növbəti mövsümdə karyerasını “Barselona”da davam etdirəcək.

Fins.az xəbər verir ki, “Panatinaikos”un oyun qurucusu Kataloniya klubu ilə 5,5 milyon avro qarşılığında üçillik müqavilə şərtlərinə razılaşıb. Kalates daha 1 il Afina klubunda qalmağa borclu olsa da, maliyyə böhranı nəticəsində yunanlar sözləşməyə xitam verməli olublar.

Büdcəsi azaldılan “Panatinaikos”da analoji halın davam edəcəyi ehtimalı böyükdür.