Britaniyalı boksçu Tayson Füri rekord məbləğdə qonorar qazanmaq istəyir.
Fins.az xarici KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı boksçu Floyd Meyvezer və Saul Alvaresdən daha çox qonorar qazanmaq iddiasındadır.
Bu yaxınlarda o, “Forbes” nəşri tərəfindən dünyanın ən yüksək maaşlı boksçusu seçilib. Nəşrin hesablamalarına görə, keçən il o, 57 milyon ABŞ dolları qazanıb.