İdman

01 İyun

Yaxın günlərdə Formula 1-in Avropa mərhələsinin təqvimi açıqlanacaq

Yaxın günlərdə Formula 1-in Avropa mərhələsinin təqvimi açıqlanacaq.

Fins.az xəbər verir ki, nüfuzlu “Motorsport” nəşrinin məlumatına görə, Formula 1 rəhbərliyi bu mövsüm 15-18 Qran-Pri təşkil etmək istəyir. İndiki məqamda Fransa, Monako, Avstraliya və Niderland mərhələlərinin keçirilməyəcəyi dəqiqdir. Plana əsasən, iyulun 5-də və 12-də Avstriyada ardıcıl 2 yarış təşkil olunacaq. Daha iki yarış İngiltərədə keçirilməlidir. Lakin ölkəyə daxil olanlar karantinə götürüləcəyinə görə, Silverstoun Qran-Priyə yalnız avqustda hazır olacaq.