İyunun 1-dən Bakı Olimpiya Stadionundakı (BOS) açıq futbol - məşq meydançaları fəaliyyətini yenidən davam etdirəcək.
Fins.az xəbər verir ki, bu barədə BOS-un rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib.
Altmış səkkiz min tamaşaçı tutumuna malik arena birinci Avropa, dördüncü İslam Həmrəyliyi oyunlarının açılış və bağlanış mərasimlərinə, ötən il isə UEFA Avropa Liqasının final oyununa ev sahibliyi edib.