İDMAN

01 İyun

Kərim Benzema “Real”dan ayrılacağını açıqlayıb

“Real”ın hücumçusu Kərim Benzema formasını geyinəcəyi son klubun adını açıqlayıb.

Fins.az-ın məlumatına görə, fransalı forvard peşəkar karyerasında axırıncı müqaviləsini “Lion”la imzalayacaq.

33 yaşlı forvard “Real”la müqavilə müddəti başa çatdıqdan sonra İspaniya təmsilçisini tərk edəcək və yenidən “Lion”un formasını geyinəcək. Futbolçu “Real”a 2009-cu ildə məhz “Lion”dan keçib. Onun “kral klubu” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.