İDMAN

01 İyun

“Beşiktaş” “Mançester Yunayted”dən futbolçu alır

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni müdafiəçi qatmaq niyyətindədir.

Fins.az-ın məlumatına görə, İstanbul təmsilçisi İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aksel Tuanzebenin xidmətində maraqlıdır.

“Ağ-qaralar” müdafiəçini icarəyə götürməyi planlaşdırır. “Beşiktaş” bu keçidi yayda gerçəkləşdirmək arzusundadır. Lakin Tuanzebe “Mançester Yunayted”də qalmaq, əsas heyətə düşmək uğrunda mübarizə aparmaq istəyindədir

Qeyd edək ki, müdafiəçinin transfer qiyməti 8 milyon avro ilə dəyərləndirilir.