İtaliyanın “Milan” klubu “Real Madrid”in hücumçusu Luka Yoviçin transferinə görə danışıqlar aparır.
Fins.az xəbər verir ki, “Milan” Yoviçi satınalma hüququ ilə birlikdə ikiillik müddətinə icarəyə götürmək istəyir. Əsas maneə serb futbolçunun illik 5 milyon avro dəyərində olan məvacibidir. Mənbənin bildirdiyinə görə, hazırda danışıqlar davam edir.
Qeyd edək ki, daha əvvəl Lukanın zədə səbəbindən üç ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Onun karantin vaxtında evin divarından yıxıldığı və çətinliklə sağ qaldığı məlum olmuşdu.
İyirmi iki yaşlı forvard ötən yay 60 milyon avro müqabilində Almaniyanın “Ayntraxt” klubundan “Real Madrid”ə transfer edilmişdi. Cari mövsümdə 24 matçda meydana çıxan Yoviçin aktivində 2 qol və 2 məhsuldar ötürmə var.