İDMAN

21 May

Putin Həbib Nurməhəmmədova söz verdi

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz döyüşçünün atası və məşqçisi Abdulmanap Nurməhəmmədovun son vəziyyəti barədə ESPN-ə açıqlama verib.

Fins.az xəbər verir ki, Əbdül-Əziz Həbibin Rusiya prezidenti Vladimir Putinə müraciət etdiyini bildirib:

"Həbibin atasının süni komaya girdiyini təsdiqləyə bilərəm.

Həbib son günlərdə Vladimir Putinlə əlaqə saxlayıb. Prezident Abdulmanap Nurməhəmmədovun ən yaxşı şəkildə müalicə alacağına dair Həbibə söz verib.
Həbib koronavirusun yayılmasının qarşısını almaq üçün bütün insanları evdə qalmağa çağırır".