İdman

21 May

Ronaldu 8 milyon avroya torpaq sahəsi alıb

İtaliyanın “Yuventus” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu Portuqaliyanın paytaxtı Lissabonda torpaq sahəsi alıb.

Fins.az xəbər verir ki, 35 yaşlı portuqaliyalı on min kvadratmetr torpaq sahəsi üçün səkkiz milyon avro xərcləyib.

Məlumatda qeyd olunur ki, artıq ərazidə yeni malikanənin inşasına başlanıb. Lakin futbolçu Lissabondakı iqamətgahını yaşamaq üçün deyil, sərmayə yatırmaq məqsədi ilə tikdirir.