“Mançester Yunayted”in sabiq kapitanı Rio Ferdinand klubun transfer siyasətinə münasibət bildirib.
Fins.az-ın məlumatına görə, veteran müdafiəçi “qırmızı şeytanlar”a 3 oyunçunu məsləhət görüb.
O, “Tottenhem”in hücumçusu Harri Keynin isə “mankunianlar”a lazım olmadığını düşünür: “Mançester Yunayted” mövsümün sonunda 3 futbolçunu almalıdır – Ceydon Sanço, Kalidu Kulibali və Saul Niqes. Harri Keynlə maraqlanmaları haqda eşitmişəm. Ancaq hücumçu alınmalıdırsa, Keyn yox, Sanço lazımdır. O, komandaya qeyri-adi güc qata bilər. “Mançester Yunayted”də çatışmayan məhz budur. Əminəm ki, Sanço 7 nömrəli forma altında təzyiqə tab gətirə bilər”.
Qeyd edək ki, Dortmund “Borussiya”sı ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Ceydon Sançonun transfer qiyməti 117 milyon avrodur.