İdman

20 May

İspaniya klubunda ixtisarlar

Koronavirus pandemiyası daha bir klubun fəaliyyətinə ciddi zərbə vurub.

Fins.az-ın məlumatına görə, İspaniyanın “Malaqa” klubu mövsüm yarımçıq dayandığı üçün maliyyə çətinlikləri ilə üzləşib.

Bu səbəbdən də Sequnda təmsilçisi əməkdaşlarının bir qismini işdən azad etmək və ya əmək müqavilələrini dayandırmağa qərar verib. Bu, klubun yaydığı bəyanatda əksini tapıb: “Son aylar klub müxtəlif tədbirlərə əl atıb ki, ağır iqtisadi vəziyyətin öhdəsindən gəlsin. Strukturun yenidən qurulması prosesi “Malaqa”ya fəaliyyətini davam etdirməyə imkan verəcək”.

Qeyd edək ki, vaxtilə La Liqa və avrokuboklardakı çıxışları ilə diqqət çəkən klub mövsüm dayandırılan vaxt Sequndanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.