İdman

19 May

23 yaşlı futbolçu "Barselona"nın sərvətini rədd etdi

"Yuventus"un müdafiəçisi Mattiys de Liqt komandanı tərk etməyəcək.

Fins.az-ın məlumatına görə, Turin təmsilçisi gənc futbolçunu saxlamaq qərarına gəlib.

21 yaşlı mərkəz müdafiəçisinə elçi düşən "Barselona" bu keçid üçün 66 milyon funt-sterlinq təklif etsə də, kataloniyalıların istəyi rədd edilib. "Qoca sinyora" ötən il "Ayaks"dan alınan futbolçunu uzun illər saxlamaq niyyətindədir.

Qeyd edək ki, Mattiys de  Liqtlə "Mançester Yunayted" də maraqlanır.