İdman

19 May

Dirk Kuyt “Fənərbaxça”ya qayıdır

Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçi postuna gətiriləcək mütəxəssis müəyyənləşib.

Fins.az-ın məlumatına görə, İstanbul təmsilçisi baş məşqçi vəzifəsini icra etməyi Dirk Kuyta tapşırmaq niyyətindədir.

Niderlandlı çalışdırıcı koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpasından sonra uğurlu nəticələr göstərsə, o, baş məşqçi kimi təsdiqlənəcək. Hazırda Kuyt vətənində “Feyenoord”un akademiyasının komandalarından birində çalışır. O, 2012-15-ci illərdə futbolçu kimi “Fənərbaxça”nın şərəfini qoruyub.

Qeyd edək ki, 26 oyunda 40 xal toplayan istanbullular Super Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.