İdman

15 May

“Qalatasaray” bu futbolçu ilə yollarını ayırır

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Florin Andonenin transfer hüququnu almaqdan imtina edib.

Fins.az-ın məlumatına görə, İstanbul təmsilçisi rumıniyalı futbolçu ilə bağlı icarə müqaviləsinin transfer bəndindən yararlanmamağa qərar verib.

Ötən yay İngiltərə “Brayton”undan 700 min avroya bir illik icarəyə götürülən Andone ilə bağlı anlaşmada “Qalatasaray”ın sonradan forvardı transfer etmək hüququ qeyd olunmuşdu. Lakin “sarı-qırmızılar” buna ehtiyac duymayıb. Bu səbəbdən rumıniyalının mövsüm başa çatdıqdan sonra Premyer Liqa klubuna qayıdacağı gözlənilir.

Qeyd edək ki, Andone istanbulluların heyətində keçirdiyi 8 oyunda 2 qol vurub.