İDMAN

15 May

Maykl Cordan MBA tarixinin ən yaxşı basketbolçusu seçilib

ABŞ-ın ESPN telekanalı Milli Basketbol Assosiasiyası (MBA) tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb.

Fins.az xəbər verir ki, mütəxəssislər minə yaxın müqayisə aparıblar. Onlar seçimlərini basketbolçuların fərdi göstəricilərinə və karyeralarındakı uğurlu məqamlara görə aparıblar.

Telekanalın tərtib etdiyi reytinq cədvəlinə altıqat MBA, ikiqat Olimpiya çempionu və “Çikaqo Bullz” komandasının əfsanəsi Maykl Cordan başçılıq edir. İkinci pillədə “Los-Anceles Leykers” komandasının ulduzu Lebron Ceyms yer alıb. İlk üçlüyü isə Karim Abdul-Cabbar tamamlayıb.