İdman

15 May

Britaniyanın ən varlı idmançısı məlum oldu

Formula 1 üzrə altıqat dünya çempionu Luis Hamilton Böyük Britaniyanın ən varlı idmançısıdır.

Fins.az xəbər verir ki, “The Sunday Times” nəşrinin araşdırmasına görə, ötən il britaniyalı pilot 37 milyon funt sterlinq məbləğində gəlir əldə edib. L.Hamiltonun ümumilikdə 224 milyon funt sterlinqlik sərvətə sahib olduğu açıqlanıb.

L.Hamilton ilə yanaşı, siyahıda qolfçu Rori Makilroy da yer alıb. Ötən il 32 milyon funt sterlinq qazanan R.Makiltoyun sərvəti 170 milyon dəyərində qiymətləndirilir.