İDMAN

14 May

"Formula 1" tarixinin ən nüfuzlu şəxsi müəyyənləşdi

"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxer yarışın tarixində ən nüfuzlu şəxs elan olunub.

Fins.az-ın məlumatına görə, səsvermə "Formula 1"in rəsmi saytında azarkeşlər arasında keçirilib.

Sorğuda iştirak edən respondentlərin 61 faizi almaniyalı pilota səs verərək 32 namizəd arasından məhz onu seçiblər.

Qeyd edək ki, 51 yaşlı Mixael Şumaxer "Formula 1" yarışlarında İngiltərənin "Jordan", İtaliyanın "Benetton", "Ferrari" və Almaniyanın "Mercedes" komandalarında çıxış edib. O, 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəzaya uğrayıb. Keçmiş pilot başından aldığı ağır zərbədən komaya düşmüşdü.