“Bavariya” heyətinə yeni futbolçu cəlb edib.
Fins.az-ın məlumatına görə, Münhen klubu “Hoffenhaym”ın oyunçusu Armindo Zipi transfer edib.
17 yaşlı hücumçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Almaniyanın U-17 millisinin üzvü iyulun 1-dən “Bavariya”nın U-19 komandasına qoşulacaq. O, birinci ilini akademiyada keçirdikdən sonra əsas kollektivə cəlb olunacaq.
Qeyd edək ki, “Leypsiq”in yetirməsi olan Armindo Zip “Hoffenhaym”a 2017-ci ildə keçib.