İdman

13 May

Araz Abdullayev yenidən xarici klubda oynaya bilər

Ağdamın “Qarabağ” futbol klubunun üzvü Araz Abdullayev yenidən legioner həyatı yaşaya bilər.

Fins.az xəbər verir ki, Ağdam klubunda icarə əsasında çıxış edən 28 yaşlı yarımmüdafiəçi mövsümün sonunda komandanı tərk edəcək. Onun müqavilə ilə məxsus olduğu “Panionios”la sözləşməsi bu ayın sonunda başa çatır.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun marağında olmayan futbolçu Premyer Liqanın digər klublarından təkliflər almasına baxmayaraq legioner həyatı yaşamaq istəyir. Hazırda futbolçunun meneceri bir sıra klublarla danışıq aparır.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Abdullayev 2018-ci ilin yayından icarə əsasında “Qarabağ”da çıxış edir.