İDMAN

13 May

"Barselona"nın futbolçusunda koronavirus aşkarlandı

"Barselona"nın yarımmüdafiəçisi, icarə əsasında "Valyadolid"də çıxış edən Mateus Fernandesin koronavirus testi müsbət nəticə verib.

Fins.az-ın məlumatına görə, koronavirus həmçinin "Valyadolid”in daha iki futbolçusunda aşkar edilib. Onlardan biri Oskar Planodur. Qeyd edilir ki, virusa yoluxanların üçü də karantindədir.

"Barselona" Fernandesi "Palmeyras"dan transfer edib, ancaq oyunçu qısa müddət sonra icarəyə verilib. Fernandes hələ "Valyadolid"də oynamağa müvəffəq olmayıb.