İdman

13 May

Bakının “Sabah” klubu slovakiyalı futbolçu ilə müqavilə imzalaya bilər

Bakının “Sabah” klubu heyətini gücləndirmək üçün bir neçə transfer reallaşdırmaq niyyətindədir.

Fins.az xəbər verir ki, Bakı təmsilçisi Slovakiyanın “Jilina” komandasının bir neçə futbolçusu ilə danışıqlar aparıb. İyirmi beş yaşlı müdafiəçi Martin Karlik ilə aparılan danışıqlar müsbət yekunlaşıb.

“Jilina” komandasında yeddi mövsüm keçirən M.Karlik Slovakiyanın gənclərdən ibarət milli komandasının da şərəfini qoruyub.