"Qarabağ"ın keçmiş qapıçısı Asmir Beqoviç Türkiyədən ciddi təklif alıb.
Fins.az-ın məlumatına görə, bosniya və herseqovinalı qolkiperlə "Beşiktaş" klubu ciddi maraqlanır. "Qara qartallar" müqavilə ilə İngiltərə "Bornmut"una məxsus Beqoviçdən bir neçə mövsüm yararlanmaq niyyətindədir. Hazırda onun icarəyə götürülmə və ya transfer edilmə məsələsi açıq qalır.
Xəbəri təsdiqləyən agenti də 33 yaşlı oyunçunun şərtlər üzərində düşündüyünü açıqlayıb. Onun sözlərinə görə, "Beşiktaş" əvvəllər də təcrübəli qolkiperi heyətində görmək istəyib.
Xatırladaq ki, Asmir Beqoviç "Qarabağ"da cari mövsümün ilk yarısında icarə əsasında çıxış edib. O, qış transfer dönəmində eyni statusla İtaliya "Milan"ına keçib.