İDMAN

12 May

FIFA dünya çempionatını təxirə saldı

FIFA futzal üzrə dünya çempionatını təxirə salıb. 

Fins.az xəbər verir ki, mundial nəzərdə tutulduğu kimi Litvada olacaq. Bu il keçirilməsi planlaşdırılan yarış 2021-ci il 12 sentyabr - 3 oktyabrda baş tutacaq. 

FIFA qadınlar arasında U-20 dünya çempionatının 20 yanvar - 6 fevral 2021-ci il Kosta Rika və Panamada təşkil olunacağını açıqlayıb. 

U-17 qızlar arasında Hindistandakı mundial isə 2021-ci il fevralın 17-dən martın 7-dək baş tutacaq. Hər iki yarışda yaş limiti dəyişdirilməyəcək.