"Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç İtaliyaya gəlib.
Fins.az-ın məlumatına görə, 38 yaşlı hücumçu iki həftəlik karantindən sonra komanda ilə məşqlərə qatılacaq.
İbrahimoviç İtaliya A Seriyasının koronavirus pandemiyası ilə əlaqədar dayandırılmasından sonra vətəni İsveçə qayıtmış və "Hammarbü"nün heyətində məşq etmişdi. Bu, ölkədə 50-dək insanın iştirakı ilə kütləvi tədbirlərə icazənin verilməsi ilə əlaqədar idi.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2019/2020 mövsümündə "Milan"da 10 oyuna 4 qol vurub və 1 məhsuldar ötürmə edib.