İtaliyanın "Kalyari" klubunun futbolçuları aprel ayının maaşından imtina ediblər.
Fins.az xəbər verir ki, bu barədə Sardiniya klubunun mətbuat xidməti bildirib. Klubun prezidenti Tommazo Julini oyunçulara kollektivin daha az yüksək maaşlı işçilərinə maddi cəhətdən kömək etmələrinə görə xüsusi minnətdarlığını ifadə edib.