Argentina millisinin və İspaniya "Barselona"sının kapitanı Lionel Messi ölkəsinə maddi yardım göstərib.
Fins.az-ın məlumatına görə, 33 yaşlı hücumçu koronavirusla mübarizə fonduna 500 min avro ianə edib.
Bu vəsait tibb işçiləri üçün qoruyucu avadanlıq, istehlak materialları və süni nəfəs aparatlarının alınmasına xərclənəcək.