İdman

09 May

Arda Turandan etiraf: “Peşman deyiləm, amma səhv etmişəm”

İyul ayında ikinci dəfə ata olmağa hazırlaşan Arda Turan karantin günlərində həyat yoldaşı Əslihan Doğana kömək etdiyini açıqlayıb.

Fins.az xəbər verir ki, tanınmış futbolçu 2018-ci ildə dünyaya gələn oğlu Həmzədən sonra yuxu rejiminin pozulduğunu etiraf edib.

Arda Turan zamanında insanlara çox güvəndiyini, onların çətinliklərini həll etməyə çalışdığını bildirib: “Peşman deyiləm, amma səhv etmişəm. Ürəyimlə dilim arasındakı məsafə çox qısadır. İndi isə acısını çəkirəm”.

Qeyd edək ki, ulduz futbolçu ilə Əslihan Doğan iki ildir evlidir.