Sankt-Peterburqun “Zenit” komandası “Beşiktaş”ın futbolçusu Umut Nayırı öz sıralarına qatmağı planlaşdırır.
Fins.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
“Qara qartal”ın pandemiya ilə əlaqədar maaşını azaltmaq istəməyən futbolçularla yolunu ayırmaq istədiyi bildirilir. Belə oyunçulardan biri də Umut Nayırdır.
Cari mövsümdə 25 oyunda meydana çıxan hücumçu altı qol vurub.
Rusiya çempionatında Sergey Semakın yetirmələri 50 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıblar.