İdman

08 May

“Fənərbağça” klubunun məşqi ləğv olunub

İstanbulun “Fənərbağça” klubunun məşqi ləğv olunub.

Fins.az xəbər verir ki, buna səbəb klubda bir nəfərdə koronavirusun aşkarlanmasıdır. Bildirilib ki, mayın 5-i futbolçular və klubun əməkdaşları koronavirus testindən keçib. Nəticələrə əsasən, bir əməkdaşda koronavirus aşkarlanıb. Daha bir işçidə də koronavirus olması şübhəsi yaranıb.

Onların ikinci dəfə testdən keçəcəyi bildirilib. Komandanın məşqinin ləğv olunduğu vurğulanıb.