İdman

07 May

"Barselona" çempion elan olunacaq

Futbol üzrə qadınlar arasında keçirilən İspaniya çempionatı bərpa olunmayacaq.

Fins.az-ın məlumatına görə, İspaniya Kral Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümün vaxtından əvvəl yekunlaşdırılması qərarına gəlib.

Buna səbəb virusun yayılma təhlükəsinin yüksək olması göstərilib. 21 turda 59 xalla çempionata başçılıq edən "Barselona"nı federasiya çempion elan edəcək. Kataloniya klubu 19 qələbə, 2 heç-heçə ilə yadda qalıb. "Atletiko" (50 xal) gümüş, "Levante" (45) isə bürünc mükafata sahib çıxacaq.

Yüksək liqanı heç bir komanda tərk etməyəcək. "Valensiya" və "Espanyol" son yerlərdə qərarlaşsalar da, aşağı diviziona göndərilməyəcəklər.

Qeyd edək ki, koronavirus infeksiyası üzündən XXVII turdan sonra dayandırılan kişilərdən ibarət İspaniya La Liqasında "Barselona" 58 xalla 1-ci, "Real" isə 56 xalla ikinci pillədə yer alır.