İdman

06 May

Leroy Sane “Bavariya”da

İngiltərənin “Mançester Siti” klubunun almaniyalı hücumçusu Leroy Sane Münhenin “Bavariya” komandası ilə razılığa gəlib.

Fins.az xəbər verir ki, bu barədə “Get German Football News” nəşri məlumat yayıb.

Münhen təmsilçisi artıq 24 yaşlı futbolçu ilə beşillik müqavilə imzalayıb. Hazırda müqavilənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Leroy Sane 2016-cı ildən “Mançester Siti” klubunun şərəfini qoruyub. Ötən il avqustun 4-də İngiltərə Superkuboku uğrunda “Liverpul” ilə qarşılaşmada zədələnən futbolçu 2019-2020-ci il mövsümündə çıxış edə bilməyib. L.Sane yanvarın sonunda komanda ilə məşqlərə başlayıb.