İdman

04 May

“Beşiktaş” Türkiyə millisinin qapıçısı ilə anlaşıb

“Başakşəhər”in qapıçısı Volkan Babacan mövsümün sonunda komandasını dəyişəcək.

Fins.az-ın məlumatına görə, 31 yaşlı qolkiper “Beşiktaş”la anlaşıb.

Türkiyə millisinin üzvünün “Başakşəhər”lə müqavilə müddəti gələn ilin yayına qədər olsa da, onun keçidində problem yaşanmayacaq. Çünki İstanbul təmsilçisi qapıçının azad agent kimi gedişinə razılıq verib. “Beşiktaş”la 2+1 illik müqavilə bağlayacaq Babacanın yeni komandasında illik məvacibi 650 min avro olacaq.

Qeyd edək ki, “Fənərbaxça”nın yetirməsi olan Volkan Babacan 2014-cü ildən “Başakşəhər”də çıxış edir.