İngiltərə Premyer Liqasının növbəti mövsümü də azarkeşsiz keçirilə bilər.
Fins.az-ın məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.
Bu səbəbdən dayandırılan cari mövsümün bərpasından sonra bütün qarşılaşmaların neytral meydanda və boş tribunlar önündə keçirilməsi nəzərdə tutulub. Belə addım İngiltərə klublarına ümumilikdə 1 milyard funt sterlinq ziyana salacaq.
Lakin pandemiyanın 2021-ci ilin yayına qədər tam aradan qalxmayacağı ehtimal olunur. Bu üzdən də növbəti mövsümün bütün qarşılaşmaları da neytral meydanda və azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, cari mövsümün iyunun 12-də start götürməsi planlaşdırılır.