İDMAN

01 May

Premyer Liqanın başlama tarixi bilindi

İngiltərə Premyer Liqasının təxmini başlama tarixi müəyyənləşib.

Fins.az-ın  məlumatına görə, Premyer Liqa rəhbərliyi iyunun 8-də oyunları bərpa etməyi planlaşdırır.

Sabah qurum rəhbərliyi videokonfrans keçirəcək və ardından bu məsələ klublara bildiriləcək. Hazırkı duruma əsasən yarışın bərpa tarixi 8 iyundur. Komandalara mayın 18-dən məşqlərə başlamaq icazəsi veriləcək.

Qeyd edək ki, İngiltərə Premyer Liqası XXIX turdan sonra koronavirus pandemiyasına görə dayandırılıb.